Rusiyaya getmək istəyənlər bunu bilməlidirlər
Bakı – Rostov sərnişin qatarının hərəkət cədvəlində yanvarın 27-dən etibarən dəyişiklik ediləcək.Minval.İnfo xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Rusiya Dəmir Yolları” ASC tərəfindən sərnişin qatarlarının hərəkət cədvəllərində aparılan dəyişikliklərə əsasən, Rusiya Dəmir Yollarına məxsus heyətlə hərəkət edən 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarının hərəkət cədvəli 27.01.2018-ci il tarixdən etibarən dəyişdirilir.
Qatar öz dövriyyəsi ilə – payız-qış mövsümündə dörd gündən bir, yay mövsümündə isə günaşırı hərəkət etməklə, 27.01.2018-ci il tarixdən etibarən ayın tək tarixlərində saat 3-25-də yola düşəcəkdir.
Sərnişin qatarlarının 27.01.2018-ci il tarixdən etibarən hərəkət cədvəli
XƏBƏR LENTİ
2025/11/19 14:22



