Rusların iqtisadi müharibəsi: rubl “əriyir”, dərman tapılmır…

Ukraynaya qarşı müharibə Rusiyanın iqtisadiyyatını demək olar ki, çökdürüb.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və Avropa Birliyinin sanksiyalarına görə dünyadan təcrid olunmuş Rusiyada dəbdəbəli həyat, məhsullar bazardan çəkilməyə başlayıb, rubl dəyərdən düşür, əsas ərzaq məhsullarının qiymətləri isə “əl yandırır”.

Fevralın 24-də başlayan müharibədən sonra qərb ölkələri Rusiyaya iqtisadi sanksiyalar tətbiq etdi, məşhur brendlər bir-bir ölkəni tərk etməyə başladı.

Bu müharibə Rusiyanın pul vahidi rublun dollar qarşısında sürətlə ucuzlaşmasına səbəb oldu.

QİYMƏTLƏR HƏR GÜN ARTIR

Əhali bildirir ki, qiymətlər hər gün dəyişir. Rublun ucuzlaşması ilə əsas ərzaq məhsullarında 20 faiz artım var. Ən yüksək qiymət artımı xarici şirkətlərin istehsal etdiyi gigyenik məhsullarda olub. Bu kateqoriya üzrə qiymət artımı 50 faizə çatıb. İnsanlar inflyasiyanın olacağını istisna etmirlər.

PENSİYALAR ARTMALIDIR

Son 20 gündə ən yüksək qiymət artımı aviabiletlərdə qeydə alınıb. Bildirilir ki, Moskvadan Türkiyəyə aviareyslər 30 faiz bahalaşıb. Avtomobil qiymətləri 17 faiz, elektronik məhsullar isə 15 faiz artıb. Qida məhsulları arasında pomidor 8 faizlə “lider” olub. Qiymətlərin hər gün artmaqda davam etdiyi Rusiyada işçilər və pensiyaçılar dolanmaqda çətinlik çəkirlər, aldıqları pul onlara çatmır. Hətta Rusiya parlamenti də son vaxtlar deməyə başlayıb ki, pensiyalar ən azı 20 faiz artırılmalıdır.

DƏRMAN ÇATIŞMAZLIĞI

Rusiya xalqını narahat edən başqa bir məsələ dərmanlarla bağlıdır.

Qərbdəki dərman istehsalçıları ilə əlaqələrin kəsilməsi səbəbindən daşımalar dayandırılıb. Xüsusilə şəkər xəstələri üçün həyati vacib sayılan insulin artıq anbarlarda tükənib, tapılmır. Bu səbəbdən Rusiya Hindistanla insulinin tədarükü ilə bağlı danışıqlara başlayıb.

MAĞAZALARDA UZUN NÖVBƏLƏR

Rusiyanı tərk edəcəklərini açıqlayan Qərb brendlərinin mağazalarında növbələr yaranıb. İnsanlar bu mağazalar bağlanana qədər nə tapırlarsa, almağa çalışırlar. Xüsusilə sanksiyalardan əvvəl idxal edilən yüksək texnologiyalı məhsullar tükənir. Alış-veriş mərkəzlərində “ağıllı telefonlar”, televizorlar və bu kimi elektron mallar üçün uzun növbələrə rast gəlinir.

XARİCDƏ TƏTİLİ TƏSƏVVÜR ETMƏK MÜMKÜN DEYİL

Qərb şirkətlərinin geri çəkilməsi ilə çox sayda Rusiya vətəndaşı işlərini itirmək riski ilə üzləşib.

Yaşayış xərclərinin yüksək olması bu yay tətilini planlaşdıran rusları narahat edir. Çünki aviasiya sənayesindəki böhran bilet qiymətlərini də artırıb. Xaricdə, xüsusən də Türkiyədə istirahət qiyməti 29% artıb. Təyyarə böhranı daha iki ay davam etsə, xaricdə istirahət ruslar üçün xəyal kimi görünür.

Gündəm, Vacib

Nəşr edilib: 2022/03/16 11:20

Baxış: 67


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06