S-400-lərin ehtiyyat hissələri Türkiyədə hazırlana bilər
Rusiya müdafiə sənayesi şirkəti “Roşteks”-in rəhbəri Sergey Çemezov S-400-lərin ehtiyyat hissələrinin Türkiyədə istehsal edilə biləcəyini açıqlayıb.
Minval.info xəbər verir ki, Çermezov açıqlamasında Türkiyə tərəfi ilə razılıq əldə olunacağı təqdirdə bunun baş tuta biləcəyini qeyd edib.
O, Türkiyəyə S-400-lərin ilk təslimatının bu ay içində baş tutduğunu və bu prossesin növbəti aylarda da davam edəcəyini bəyan edib.
Nazim Hacıyev
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

