Şəbnəm Tovuzlu buna görə “Maşın” şouya qatılmayıb
Populyar ifaçı Şəbnəm Tovuzlunun həyat yoldaşı “Maşın” realiti şouya qatılmağa icazə verməyib.
Müğənni Şəbnəm Əsədova şouya dəvət alsa da, o, bu təklifi qəbul etmədiyini bildirib:
“Şouya 2 səbəbə görə qatılmadım. Əvvəla mən heç kəslə dalaşa bilmirəm. Mən ayrı tərbiyə almışam. İkincisi isə həyat yoldaşım icazə vermədi. Amma şouya həvəslə baxıram. Hamıya da uğur arzu edirəm”. shownews.az
XƏBƏR LENTİ
2025/11/19 14:22

