“Sədərək” və “Binə” ticarət mərkəzlərində keçirilmiş xüsusi əməliyyatın səbəbi bilindi
Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanları “Sədərək” Ticarət Mərkəsində xüsusi əməliyyat keçiriblər (“Sədərək” Ticarət Mərkəzində xüsusi əməliyyat keçirildi: Saxlananlar var). Xatırladaq ki, əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.
Minval.İnfo xəbər verir ki, Bizim Yol-a əməliyyatın səbəbləri ilə bağlı əlavə məlumat daxil olub. Qeyd edək ki, reydlər həm “Sədərək”, həm də “Binə” ticarət mərkəzlərində keçirilib. Aldığımız məlumata görə, bu şirkətlər xaricdən yükləri öz adlarına rəsmiləşdiriblər. Ancaq ölkəyə giriş məlumatları ilə anbarlardakı real mal həcmləri arasında uyğunsuzluq olduğu güman edilir.
Bu gün Vergilər Nazirliyinin vergi ödəyicilərinə ciddi xəbərdarlıq etməsi ilə bu əməliyyat arasında əlaqə olduğu istisna deyil. Çünki ölkəyə malların giriş məlumatları ilə anbar məlumatları arasında uyğunsuzluq iri həcmlərdə vergidən yayınmalar deməkdir. Reydlərin nəticələri ilə bağlı əlavə məlumat verəcəyik.

