Səfər Mehdiyev: Ötən il idxalın 59 faizi gömrük rüsumundan azad edilib
2020-ci ildə idxalın 59 faizi gömrük rüsumundan azad olunub.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, keçən il idxalın 41 faizi gömrük rüsumuna cəlb edilib, 59 faizi isə rüsumdan azad olunub.
Belə ki, idxal rüsumundan azad olunan malların dəyəri 6 milyard 331 milyon 856 min ABŞ dolları, rüsuma cəlb olunanların dəyəri isə 4 milyard 398 milyon 864 min dollar təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycanda idxal əməliyyatlarının dəyəri 10 milyard 730,7 milyon dollar olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22


