Səfir: “ATƏT-in Minsk qrupunda Fransanın iştirakı həm də Ermənistan üçün vacib nailiyyətdir”

“Fransanın ayrı-ayrı regionu və ya şəhərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz”.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot aprelin 26-da Yerevanda keçirdiyi mətbuat konfransında jurnalistin “Fransanın ayrı-ayrı şəhərləri ilə Qarabağ arasında əməkdaşlıq mümkündürmü” sualına cavabında bildirib.
“Diplomatiya bir olmalı və oyun qaydalarına bir mövqedən cavab verilməlidir”, – səfir vurğulayıb.
C.Lakot deyib ki, ATƏT-in Minsk qrupunda Fransanın iştirakı həm də Ermənistan üçün vacib nailiyyətdir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

