Şəhidimizin nəşi Azərbaycana qaytarıldı – FOTO/VİDEO
Sentyabrın 22-də cəbhəboyu zonada azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi Azərbaycana qaytarılıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, onun cənazəsi doğulduğu Quba rayonunun Qırmızı Qəsəbədə yerləşən evinə gətirilib.
Şəhid əsgərimiz rayonun mərkəzi qəbirstanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Bu gün əsgərimizin nəşi neytral ərazidən götürülüb.

XƏBƏR LENTİ
2025/11/19 14:22

