Səhiyyə naziri: “Yaxın günlərdə Azərbaycana meymunçiçəyi testləri gətiriləcək”
“Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib”.
“Minval.info”nun xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, yaxın 2-3 gün ərzində Azərbaycana meymunçiçəyi testləri gətiriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

