Səhiyyə Nazirliyinin əməkdaşı işdən çıxarıldı – FOTO

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib.
Minval.İnfo-nun Trend-ə istinadən məlumatına görə, o, səhhəti ilə əlaqədar olaraq, öz xahişi ilə vəzifəsindən azad edilib.
Səhiyyə Nazirliyindən Trend-ə məlumatı təsdiqləyiblər.
Nazirlikdən qeyd edilib ki, hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova əvəz edir.
Qeyd edək ki, L.Bayramova SN-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2015-ci ilin mayında təyin edilmişdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22

