Şəhriyar Məmmədyarov: “Növbəti 2 ildə hər şeyi əldə etməyə çalışacam”
“Əziz şahmatsevər dostlar. Çox heyf ki, İddiaçılar Turnirinə çıxa bilmədim. Amma hər şey yaxşıdır”.
Qazet.az xəbər verir ki, bu haqda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov şəxsi “facebook” səhifəsində yazıb.
34 yaşlı şahmatçı 2020-ci ildə baş tutacaq İddiaçılar Turnirinə vəsiqə qazanmaması ilə bağlı paylaşım edib: “Növbəti 2 il üçün var qüvvə ilə çalışıb, hər şeyi əldə etməyə çalışacağam. Mənə dəstək olduğunuz üçün çox sağ olun”.
Əlavə edək ki, İsrailin Yerusəlim keçirilən Qran-prinin həlledici oyununda həmyerlimiz rusiyalı rəqibi Dmitri Yakovenkoya məğlub olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

