Şəkidə 15 yaşlı məktəbli ölüb

Şəkidə 15 yaşlı məktəbli ölüb.
Minval.info xəbər verir ki, “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kiş kəndində qeydə alınıb.
Məlumata görə, 2006-cı il təvəllüdlü Faiq Abdullayev yaşadığı evin həyət qapısının bağlı olduğu üçün hasardan həyətə keçmək istəyib. 15 yaşlı məktəblinin hasardan yıxılaraq öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

