Şəkidə mikroavtobus “Prado” ilə toqquşdu: 9 yaralı
Şəki şəhərində 9 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində olub.
99-HD-777 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobillə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.
Nəticədə 9 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

