Şəkidə minik avtomobili aşıb

Şəkidə baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
“Lada Priora” markalı avtomobilin aşması nəticəsində sürücü – Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Polad Allahverdi oğlu Ağakişiyev və avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 1989-cu il təvəllüdlü Arzu Malik qızı Ağakişiyeva xəsarət alıb. Xəsarət alanlar Şəki RMX-yə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

