Səlcuq Bayraktar: “Bakıda qardaşlarımızla bir yerdə olmaq çox xoş hissdir…”
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak edən Səlcuq Bayraktar sosial şəbəkədə maraqlı paylaşım edib.
Musavat.com bildirir ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraktar festivaldan video görüntülər paylaşaraq, qeyd edib:
“Bu gün zamanında bir xəyal ilə başlayan və təsiri sərhədləri aşan “TEKNOFEST Azərbaycan”dayıq. Bakıda qardaşlarımızla bir yerdə olmaq çox xoş hissdir…”
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı bu gün başlayıb və dörd gün davam edəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

