Səlim Müslümov YAP-dan ÇIXARILDI
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, o, partiyanın Yasamal rayon təşkilatının üzvlüyündən çıxarılıb.
Qeyd edək ki, S.Müslümov fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

