Şəmkir ağır qəza – 1 ölü
Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Şiştəpə kəndi ərazisi ilə hərəkətdə olan “Mercedes” və “VAZ-2107” markalı iki avtomobilin toqquşması nəticəsində sonuncu maşında olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onlardan biri tibbi yardımlara baxmayaraq, keçinib. Digər yaralının vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

