Şəmkirdə 200-dək qəbir dağıdılıb
Şəmkirdə vandalizm hadisəsi baş verib.
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Keçili kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən qəbiristanlıqda 200-dək məzarın qəbir daşları sındırılıb. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Olay yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

