Şəmkirdə “QAZel” dirəyə çırpılıb, sərnişin ölüb

Martın 6-da saat 17 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Qılıncbəyli kənd sakini Ş.Məmmədov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.
DİN Mətbuat xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən Kür qəsəbə sakini S.Həşimov hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

