Şəmkirdə yol qəzası baş verib, xəsarət alanlar var
Şəmkir rayonunda yol qəzası baş verib.
“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində ən azı 5 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

