Şəmkirlilərdən örnək addım

Şəmkirdə fəaliyyyət göstərən “Gənc Xeyriyyəçilər Birliyi” ehtiyacı olan birinə yardım əlini uzadıb. Xeyriyyəçilərin bu addımı təqdir edilib.

Minval.info xəbər verir ki, birlik cəmi bir ildir fəaliyyət göstərməsinə baxmayaraq, 300-ə yaxın daimi üzvü var. Onlar arasında məmur da, sahibkar da, sadə bir gənc də görmək olar. Hətta dünyanın müxtəlif ölkələrində olan şəmkirli iş adamlarını da, bu birliyin sıralarında tarixə xoş iz qoyurlar.

“Gənc Xeyriyyəçilər Birliyi”nə rayon rəhbərliyi tərəfindən də dəstək göstərilir. Birliyin fəaliyyəti dövlət tərəfindən dəstəkləndiyi üçün sağlam və uzunömürlüdür. “Böyük Yol Gənclərin” İctimai Birliyinin bir parçası olan “Gənc Xeyriyyəçilər Birliyi”nin idarə heyəti rayonun sahibkar gənclərindən könüllü şəkildə təşkil olunub.

Birlik üzvləri özlərinin tərtib etdikləri siyahıya uyğun olaraq aztəminatlı ailələrə hər ay 70 manatlıq ərzaq məhsulları ilə dəstək olur, bayram günlərində ət paylayır, hər il sentyabr ayında ehtiyacı olan ailələrin övladlarının məktəbli forması ilə təmin olunmasına köməklik edirlər. Bundan başqa Şəmkir Gənclər Mərkəzində pulsuz geyim dükanı da fəaliyyət göstərir ki, burada şəmkirlilər geyinmədikləri təzə paltarlar kimyəvi təmizlənir, ütülənir və ehtiyacı olan insanlara təmənnasız verilir.

Hətta onlar Azərbaycanda analoqu olmayan “Gənc Həkimlər Birliyi” ilə birlikdə rayonun müxtəlif kənd və qəsəbələrini gəzir aztəminatlı ailələrə təmənnasız tibbi yardım göstərirlər.

Birlik üzvləri arasında sadəcə əməyi ilə ehtiyacı olan insanlara kömək edənlər də az deyil. Kimi yaşlılara işlərində kömək etməklə, kimi isə gənc xeyriyyəçilərin işlərində öz zəhmətləri ilə dəstək olmaqla insanlıq borcundan çıxırlar.

Rayonda bu istiqamətdə görülən işlər sadə insanların da arasında artıq bir ənənə halına düşüb.

Şəmkirlilər təkcə ehtiyacı olanlara deyil, cəmiyyətin bütün təbəqələri üçün xeyriyyə işləri həyata keçirirlər. Kimi yaxınlarının ehsanına dəbdəbəli süfrələr əvəzinə küçə təmir etdirir, kimi bulaq qurdurur, kimi isə bir elektrik dirəyi dəyişdirməklə əhalinin yararlana biləcəyi faydalı işlər görür. Məsələn, bu yaxınlarda Dəllər Cəyir kəndində imkanlı bir kənd sakini israfçı süfrədənsə hamının yararlana biləcəyi kəndin 3 küçəsini təmir etdirdi. Bundan başqa Keçili kəndində daha bir sadə şəmkir ailəsi ehsan yerinə kənddə dayanacaq quraşdırdı.

Ölkə

Nəşr edilib: 2019/07/29 12:50

Baxış: 242


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06