“Sənə iş tapacağıq” adı ilə gənci aldatdılar: “Dizayner işi istədim, məni qab yumağa göndərdilər”

Bəzi işə düzəltmə şirkətləri iş tapmaq ümidi ilə onlara müraciət edən şəxsləri aldadır.

Bəzi şirkətlər ödənişi öncədən alıb işlə təmin etmir, bəziləri elə iş yerləri təklif edir ki, müraciət edənin tələblərindən və bacarığından çox aşağı olur.

Minval.info redaksiyasına şikayət üçün müraciət edən Anar İmanov da şirkətə ödəniş etsə də, iş tapa bilməyənlərdəndir.

Şikayətçi bildirib ki, o, qrafik dizayn sahəsində iş tapmaq arzusu ilə “Grand Məşğulluq Mərkəzi”nə üz tutub. Ona digər işə düzəltmə şirkətlərindən fərqli olaraq ancaq iş tapdıqdan sonra ödəniş tələb ediləcəyi deyilib.

Bundan sonra şirkətin “ciddiliyinə” aldanan Anara tezlikdə iş tapıldğı deyilib: “Mənə dedilər ki, sənin üçün iş tapmışıq, 20 AZN ödəniş et, daha sonra da iş görüşməsinə get. Mən də arxayın oldum ki, əla iş tapıldı. Bu adamlar məni bir şirniyyat evinə təmizlikçi, bir otelə qabyuyan, bir restorana ofisiant olaraq yönləndirdilər”.

Şikayətçi iddia edir ki, ona qəsdlə tələblərindən daha aşağı işlərə göndərirdilər ki, daha sonra “biz sənə iş tapdıq, sən işə girə bilmədin” desinlər.

Nəhayət Anarın öz axtarışları nəticə verib və şirkətin dəstəyi olmadan özünə iş tapa bilib. Bundan sonra o, heç bir faydasını görmədiyi şirkətdən pulunu geri almaq istəyib. Ancaq şirkət pulu qaytarmağa heç də həvəsli olmayıb:

“Onlara zəng etdim ki, sizə pul vermişdim, amma mənə iş tapmadınız, indi də özüm iş tapmışam amma pulum bitib, mənim pulumu qaytarın. Şirkətin başında dayanan Asim adlı şəxs dedi ki, “bizdə müqavilədə ödənişin qaytarılmayacağı qeyd edilib. Halbuki, müqavilədə elə bir bəndə rast gəlməmişəm. Bu yolla mənim pulumu da, vaxtımı da aldılar”.

Dəniz Kərimzadə

Minval.info

Hadisə, Ölkə

Nəşr edilib: 2018/05/10 18:59

Baxış: 344


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06