Sərnişin təyyarəsi Bakıda təcili eniş etdi – Bomba həyəcanı
Rusiyanın “Ural hava yolları” şirkətinə məxsus təyyarə Bakıda təcili eniş edib.
Bununla bağlı Oxu.Az-a təyyarədə olan sərnişinlərdən biri məlumat verib.
“İki saat əvvəl Bəhreyndən uçan üç saatdan sonra Domodedova aeroportunda eniş etməli olan “Airbus A321” təyyarəsi Bakıda təcili eniş edib”, – məlumatda bildirilib.
Onun sözlərinə görə, təcili enişə təyyarənin göyərtəsində bomba xəbərdarlığı edən yazılı qeydin tapılması səbəb olub.
Təyyarə xüsusi xidmət orqanları tərəfindən yoxlanılacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

