Sərtləşdirilmiş karantin günlərində bu sahələrin işləməsinə icazə verildi – SİYAHI

Sərtləşdirilmiş karantin rejimində fəaliyyətinə icazə verilən sahələrin siyahısı açıqlanıb. 

“Minval.info” xəbər verir ki, siyahını Baş Nazir Əli Əsədov təsdiqləyib.

Fəaliyyətinə icazə verilən sahələrin siyahısı aşağıdakı kimidir:

1. Səhiyyə və sosial sahə üzrə:

1.1. elmi tədqiqat və laborator xidmətləri;

1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

1.3. baytarlıq xidmətləri;

1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;

1.5. sosial xidmətlər;

1.6. sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

2. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);

2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

2.3. su təsərrüfatı və meliorasiya;

2.4. telekommunikasiya və rabitə xidmətləri.

3. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3. logistika xidmətləri;

3.4. ictimai nəqliyyat və taksi xidmətləri.

4. Əsas istehsalat növləri:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.2. neft avadanlıqları və qurğularının istehsalı;

4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5. kimyəvi məhsulların istehsalı;

4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;

4.7. əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı;

4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;

4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;

4.14. qablaşdırma məhsullarının istehsalı;

4.15. daş, metal və taxta məhsullarının istehsalı;

4.16. mebel istehsalı və təmiri;

4.17. diri heyvanların kəsimi.

5. Pərakəndə və topdan satış üzrə:

5.1. ərzaq məhsullarının satış məntəqələri;

5.2. apteklər;

5.3. yanacaqdoldurma məntəqələri;

5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

5.6. onlayn satışlar.

6. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası;

6.2. kimyəvi təmizləmə;

6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

6.4. avtomobillərin təmiri;

6.5. avtomobil yuyulma məntəqələri;

6.6. heyvan sığınacaqları.

7. Kütləvi informasiya vasitələri.

8. Maliyyə təşkilatları üzrə:

8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;

8.2. investisiya şirkətləri, fond birjaları;

8.3. sığorta təşkilatları;

8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

9. Xüsusi xidmət növləri üzrə:

9.1. çatdırılma xidmətləri;

9.2. tərcümə xidmətləri;

9.3. poçt xidmətləri;

9.4. dezinfeksiya xidmətləri.

10. Vəkillik fəaliyyəti.

RƏSMİ

Nəşr edilib: 2020/06/19 17:27

Baxış: 703


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06