Sərxan Oqtay Kamili narkoman adlandırıb? – Qalmaqal (Video)

Bir neçə gün öncə Azərbaycanda ən reytinqli veriliş olan “Maşın Şou”da media nümayəndələri qonaq olub.

Dərgi.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran iştirakçılar arasında həmin günlərdə yarışa davam edən Sərxan Kərəmoğlu qalmaqallı sözlər işlədib.

Aparıcı müsahibəsi zamanı meyxana ustası Oqtay Kamilə üstüörtülü narkoman deyib: “Oqtay  gəldi, burda üzr istədi məndən. Yerli mətbuatda mənim haqqımda təhqiramiz fikirlər səsləndirmişdi. Mənim vəkillərim onun haqqında məlumat toplamağa başladılar ki, onu məhkəməyə verək.

Həmin gün gəldi, zərfdə üzr məktubunu mənə vermək istədi. Mənim üçün maraqsız idi deyə heç əlimə də almadım. Murad Dadaşov məktubu oxudu, məzmununu dedi.  Oqtayın hərdən ağlı başında olmur, yəni pis vərdişli insanlardan inciməyə dəyməz. Biri var ağlı üstündə olan adamla mübarizə aparasan, biri də var ağlı gedib-gələn adamla…”

Qeyd edək ki, tərəflər arasında veriliş zamanı qalmaqal yaşanmışdı. Sərxan sona qədər hədəfini açıqlamayıb, sonda Oqtayı şoudan uzaqlaşdırmışdı. Bu zaman Oqtay üstüörtülü şəkildə Sərxanı təhqir edib. Onun səsi efirə verilməsə də, tamaşaçılar tərəfindən çəkilən kadrlar sosial şəbəkədə yayılıb.

Bundan sonrakı gündə isə meyxanaçı onu oyundan kənarlaşdıran aktyor Sərxan Kərəmoğluna konvert verib və daha sonra əlavə edib ki, orada nə yazıldığını heç kim bilmir: “Konvertin içərisində şəkil, arxasında isə yazı var. Onun nə olduğunu bir mən, bir də Allah bilir. Amma təhqir deyil, mən səni heç vaxt təhqir etmərəm!”

Lakin aktyor şounun ilk günündə qalmaqal yaşadığı meydançanın ona təqdim etdiyi konverti götürməyib. Konverti Murad Dadaşov özündə saxlayıb.

Dərgi.az

Qalmaqal

Nəşr edilib: 2018/12/28 15:12

Baxış: 1459


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06