“ “Səs Azərbaycan”da ədalətsizlik var” – “O səs”in Mərdanı

Mərdan Kazımov: “Tərzimi sevənlərin toy məclislərinə gedirəm”

“O səs Türkiyə” müsabiqəsi ilə səsini böyük kütlələrə duyuran müğənni Mərdan Kazımovun Minval.info-ya müsahibəsi:

– Yeni mahnınız işıq üzü gördü. Gözləntiləriniz nələrdir?

– Mahnımın 1 milyon yox, 10 milyon dinlənməsini arzu edirəm. Bu mahnı mənim üçün özəldir. Həyatımda olan qadına həsr etmişəm. Biz ayrılıq yaşadıq və o ayrılıqdan sonrakı günlər çox çətin oldu. İnsan gözləyir, bəlkə bir mesaj, bir zəng.. . Mən də o zamanlar qəlbimdə olanları musiqiyə çevirdim. Bəlkədə bu musiqini yazmasaydım, o qadına yazacaqdım.

Öz musiqi tərziniz var. Bu tərz üzrə davam etmək sizə hansı çətinlikləri yaradır?

– Çətinlik yaratdığını düşünmürəm. Bəzən musiqi yazmaqda çətinlik çəkirəm. Sözlər gəlmir beynimə. Bəzən çox adi bir şeydən ilhamlana bilirəm. Məsələn “Mavi gözlərim” musiqisini hər kəs bir qadına həsr edildiyini düşünür. Amma əslində mavi gözlü pişiydən ilhamlanmışdım. Yəni bəzən olur çətinliklər. Qoy, olsun. Mübarizə aparmağı sevirik.

– İnsanlar sizi “ O səs Türkiyə” müsabiqəsi ilə tanıdı. Müsabiqə sizə məşhurluqla yanaşı nə qazandırdı?

– Məşhurluqla yanaşı təcrübə qazandım. O ustadlarla işləmək, Ebru Gündeşin komandasında yarışmaq, elə bir auditoriyada çıxış etmək mənim üçün böyük təcrübə oldu. Yeni dostlar qazandım və bəzi dostluqlarım hələ də davam edir.

– Bəzən azərbaycanlı ifaçılar “O ses Türkiyədə” haqsızlıqla üzləşdiklərini Sizə qarşı haqsızlıq olubmu?

– Mənə qarşı haqızlıq olmadı. Hər şeyin ədalətli olduğuna inanıram. Düzü başqa azərbaycanlı ifaçılara da haqsızlıq olduğunu xatırlamıram.

– Müsabiqədən sonra Azərbaycanda məşhurlaşdınız. Niyə o məşhurluqdan istifadə etməyib Türkiyəyə köçdünüz?

– Əslində buradakı fəaliyyətimi davam etdirdim. 4 ədəd sinql çıxartdıq. Açıq danışaq, o zamanlar televiziya gənclərə bu qədər dəstək olmurdu. Ona görə də tutmadı. Hara gedirdik pul istəyirdilər. Mən toylarda çıxış etmirdim. Sırf bar proqramlarında çıxış etdiyim üçün onların istədiyi məbləği qarşılaya bilmirdim. Pop musiqi Türkiyədə daha yaxşı səviyyədədir. Ora musiqimi inkişaf etdirmək üçün getdim. Yaxşı ki, getmişəm. Orada həm də aktyorluq təhsili aldım.

– Qeyd etdiniz ki, aktyorluq təhsili almısınız. Bu sahə üzrə fəaliyyət göstərmək istəyərsiniz?

– Uşaqlıq arzum olub aktyorluq üzrə təhsil almaq. Yeşim Ceren Bozoğlunun fanatı idim. O sosial şəbəkədə aktyorluqla bağlı dərslərin başlayacağını paylaşmışdı. Mən də düşündüm ki, niyə də olmasın? Əslində Türkiyədə kastinqlərə getmişəm. Amma orda seçim daha çoxdur. Ona görə də seçilmək şansım daha azdır. Aktyorluq dərsləri müddətində bizə tapşırıqlar verilirdi və psixoloji problemləri olan bir obrazı canlandırırdım.

– “Səs Azərbaycan” müsabiqəsi ilə bağlı tez-tez paylaşımlar edirsiniz. Yerli müsabiqəyə qatılmaq fikriniz varmı?

– Qatılmaq istəmərəm. Düşünürəm ki, bəzi şeyləri dadında buraxmaq lazımdır.

– Müsabiqə barəsində tənqidi fikirlər səsləndirmisiniz. Sizi qane etməyən nədir?

– Mən düşünürəm ki, “Səs Azərbaycan”da ədalətsizlik var. Bir çoxları mənə haqq verərlər. Mən özüm də rok janrında oxumuşam və bu müsabiqədə demək olar ki, bu janrda oxuyanları seçmirlər. “Qışqırıq” olaraq adlandırırlar. Ad çəkməyəcəm, amma insanlar bilir söhbət kimdən gedir. Rok musiqi “Qışqırıq” deyil, bunu mən “Üsyan” adlandırardım. Əlavə olaraq da roka aid olmayan janrları da roka aid edirlər. Sosial şəbəkələrdə commentlərdə də görə bilərsiniz mənim fikirlərimin nə qədər doğru olduğunu. Xalqın gözü tərəzidir.

– Azərbaycandaki hazırkı yerinizdən razısınızmı?

– Yox, yerimdən çox zaman razı olmuram. Azla yetinmirəm. Hər zaman gözüm yüksəklərdə olur. Bu həm yaxşı, həm də pis xüsusiyyətdir. Yaxşı xüsusiyyətdi,r ona görə ki, durmadan inkişafda olursan. Pisdir, ona görə ki, öz yerini tapa bilmirsən.

– “Qatıldığınız bir gün sizdə, bir gün bizdə” verilişi qalmaqalla nəticələndi. Veriliş həqiqətən də qurma idi?

– Qurma deyəndə daha çox kənardan müdaxilə oldu. Yeməyimi pisləyəndə verilişin komandası məni qızışdırmağa çalışırdılar. “Necə razı oldun sənin yeməyini pislədilər?” deyirdilər. Mən susurdum. Çünki veriliş efirə gedəndə insanlar hər şeyi görəcəklər və qiymət verəcəklər.

 – Xanım iştirakçıların səsləndirdiyi iddialar haqqında nə deyə bilərsiniz? Sizə qarşı qərəzli olduqlarını düşünürsünüz?

– Qətiyyən mənə qarşı qərəzli olduqlarını düşünmürəm. Çünki özləri də gördülər ki, o qədər vaxta gözəl üfrəə hazırladım. Birinci oldum və mükafatı apardım.

– Gənc ifaçı olaraq burada fəaliyyət göstərmək nə qədər asandır və ya çətin tərəfləri nələrdir? Yolunuza daş qoyanlar olubmu?

– Olduğunu düşünmürəm. Bəlkə də olub heç xəbərim də olmayıb. Bilirsiniz hər kəsin bir dövrü var. O dövrdə parıldayırsan və sonra ya çəkilməlisən, ya da gənclərə dəstək olmalısan. Bir dostumun yoluna daş qoymağa çalışmışdılar. Mən də o gün söz verdim ki, məndən sonrakı gənc nəsilə dəstək olacam. Yolumuza daş qoyan olsa da, o daşı qaldırıb atmağı bilirik.

– Toylara niyə getmirsiniz?

– Kim deyir ki, getmirəm? Artıq gənclər toylarında fərqli janrlara üstünlük verirlər, toylar da dəyişir, müasirləşir. Təbii ki, mənim tərzimi bəyənən, öz toyunda dinləmək, əylənmək, rəqs etmək istəyənlərin məclislərində məmnuniyyətlə iştirak edərəm.

Etiraf edək ki, toy sektoru həm də çox ağır olur. İnsanlar sənin öz repertuarından çox toy musiqiləri tələb edirlər. Hərə bir sifariş verir. Toyda oxuya bilən ifaçılara həsəd aparıram. Dediyim kimi mənim tərzimin tələbatlı olduğu məclislərə, toylara gedirəm.

– Davamlı restoranalrda, barlarda səhnə alırsınız. Başınıza gələn maraqlı əhvalat hansıdır?

– Demək olar ki, hər gün müxtəlif bar və restoranlarda çıxış edirəm. İçkili məkanlarda maraqlı hadisələr qaçınılmazdır. Məsələn, bir dəfə bir məkanda çıxış edirəm. Hər şey əladır, insanlar əylənir. Bir qız yaxınlaşdı və səsinin gözəl olduğunu, birlikdə ifa etmək istədiyini bildirdi. Mən də geri çevirmədim. Bilsəydim, belə olacaq heç razı olmazdım. Qız çıxdı səhnəyə, birlikdə “Bağdat” mahnısını oxuyuruq. Artıq musiqi bitir son cümlələrdir birdən qız “Şerefsizleri iki gözüm kapalı bula bilirim” deyib əlini qarşımızdakı masada əyləşən oğlana uzatdı. Bütün zal şokdadır, mən də həmçinin. Sonra qıza güllər gəldi. Özü-özünə sifariş edibmiş. Ətrafa dollarlar saçır.

Sonradan məlum oldu ki, oğlanla qız xəyanətə görə dünən ayrılıblar. Oğlanın burda olduğunu da eşidən qız gəlib məkana.

– Yəqin ki, xanım fanatlarınızdan tez-tez sevgi mesajları alırsınız. Onlara cavabınız nə olur?

– Xanım fanatlarımdan daha çox sosial şəbəkədə etiraf mesajları alıram. Amma mən onları tanımıram. Ona görə də, bu mesajlar mənə səmimi gəlmir. Təşəkkürümü bildirirəm hər birinə.

 

Nərminə Aydınqızı

Minval.info

 

Maqazin, Vacib

Nəşr edilib: 2021/12/21 10:00

Baxış: 51


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06