Səs yazısı yayılan polis rəisi danışdı: “Bu, qurama bir işdir” – AUDİO
Ötən gün Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Vasif Bəşirlinin rüşvət yığdığına dair səs yazısı yayılıb.
Məsələ ilə bağlı Unikal-a açıqlama verən Vasif Bəşirli yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Bunlar hamısı yalan söhbətlərdir. Ümumiyyətlə, bu, qurama bir işdir. Belə bir şey yoxdur”, – deyə o əlavə edib.
Qeyd edək ki, yayılan səs yazısında polis baş leytenantı V.Bəşirlinin əlbir olduğu adamdan 400-500 manat pul tələb etdiyi iddia edilirdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22


