Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü
Səudiyyəli jurnalist Camal Haşkacinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilməsində şübhəli bilinən şəxslərdən biri Ər-Riyadda avtomobil qəzasında həlak olub.
Virtualaz.org “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı HHQ leytenantı Meşal Saad Əl-Bostani oktyabrın 2-də krallığın digər 14 vətəndaşı ilə birlikdə Türkiyəyə gəlib. Qrup jurnalistin qətlində şübhəli bilinir.
Yol qəzasının təfərrüatları barədə məlumat verilmir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

