Səudiyyə proseslərində yeni gəlişmə

Şahzadələrin bir neçəsinin pul qarşılığında azad edildiyi bildirilir, amma…

Bu ayın əvvəlində başlayan antikorrupsiya həbsləri çərçivəsində saxlanılan Səudiyyə Ərəbistanı şahzadəsi Mitəb ibn Abdullah azad edilib. Şahzadənin azad edilməsi xəbəri noyabrın 28-də yayılıb. Əvvəlcə azad edilmə səbəbi göstərilməsə də, bir neçə saatdan sonra “Reuters” Agentliyi saraydakı mənbələrə istinadən şahzadənin 1 milyard dollar qarşılığında azad edildiyi haqda xəbər yayıb. Mənbə onu da bildirib ki, daha 3 nəfər də həbsdə olan şəxs də pul ödəməklə azadlığa çıxıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qvardiya naziri olan Mitəb ibn Abdullah ölkədə ən çox nüfuza sahib olan kral ailəsi üzvlərindən biri hesab olunur. 64 yaşlı şahzadə bundan öncəki kral Abdullahın oğludur, bir zamanlar kral olmağa əsas iddialılar sırasında idi. Həbs olunana qədər Kral Qvardiyasına rəhbərlik edən Mitəb eyni zamanda Ərəbistan tayfaları içərisində ciddi nüfuza sahibdir. Kral Qvardiyası isə ölkənin əsas elitar hərbi birləşməsi hesab olunur. Bu mənada açıqlandığı kimi şahzadənin 1 milyard pul qarşılığında buraxılması inandırıcı deyil. Birincisi, şahzadənin böyük miqdarda sərvəti var və bir o qədər də siyasi gücü, dəstəyi var. Belə bir adamı sadəcə pul alıb buraxmaq hazırkı kral və onun hakimiyyətə iddialı oğlu, həbslərə birbaşa rəhbərlik edən Məhəmməd ibn Salman üçün həddən artıq risklidir. Bu səbəbdən ortada adı açıqlanmayan hansısa başqa anlaşmaların olduğunu ehtimal edə bilərik. Məsələ ondadır ki, hazırda bu ölkədə proseslər davam edir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında proseslər bu ayın əvvəlində başlayıb. Noyabrın 4-də kral Salmanın fərmanı ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə yaradılıb. Komitəyə isə vəliəhd-şahzadə Məhəmməd ibn Salman rəhbərlik edib. Komitə yarandıqdan bir neçə saat sonra isə ölkədə silsilə həbslər başlayıb. Noyabrın 5-də elan edilib ki, Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Onlar qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunurlar.

Tutulan şahzadələr krallığın paytaxtı Ər-Riyaddakı “Ritz Carlton” mehmanxanasında saxlanılır. Hətta bir ara onlara işgəncə verildiyi xəbərləri də gəlmişdi. Həbslərə rəhbərlik edən vəliəhd-şahzadə Məhəmməd ibn Salman isə ötən həftə “Nyu-York Times” qəzetinə müsahibəsində həbslərə və onların məqsədlərinə toxunub. Şahzadə deyib ki, tez bir zamanda prosesin başa çatdırmaq istəyir. Məhəmməd ibn Salman deyib ki, ölkəsində 30 ildən artıqdır çox ciddi korrupsiya fəaliyyətləri olub, milyardlarla dollar dövlət vəsaiti oğurlanıb. O həmçinin artıq 100 milyard dollara qədər vəsaitin mənimsəndiyi ilə bağlı faktların təsdiqini tapdığı və geri ödəmələr olduğunu bildirib. Şahzadə deyib ki, həbs olunanların 95 faizi günahını etiraf edib, ittihamları qəbul edib. Bir faiz isə günahsız olduğu üçün azad edilib. Yalnız 4 faiz insan hələ də günahsız olduğunu iddia edir və məhkəməyə çıxmaqda israr edir. Şahzadə bu şəxslərin ədalətli şəkildə mühakimə olunacağını bildirib.

Ancaq gedişat göstərir ki, 32 yaşlı şahzadə Məhəmməd ibn Salman kral olmağa hazırlaşır və siyasi proseslərin arxasında məhz bu amil dayanır. Ancaq indi şahzadənin qarşısında ən böyük maneə saysız-hesabsız əmioğlanlarıdır. Doğrudur, onların daha təhlükəli olan hissəsi həbs olunub, ancaq bu həbslərin nə zamana qədər davam edəcəyi, sarayda şahzadəyə qarşı qiyam olmayacağının təminatı da yoxdur. Maraqlıdır ki, vəliəhd özü “Nyu-York Times”a müsahibəsində “ölməmişdən əvvəl dəyişikliklərin nəticəsini görmək istəyirəm” deməklə içəridəki təhlükəyə işarə eləmişdi. Xatırladaq ki, 1932-ci ildə yaranan Səudiyyə krallığının 100 yaşı olmasa da, ötən müddətdə bir kral – Səud ibn Əbdüləziz ailə tərəfindən taxtan salınıb, ondan sonra gələn Faysal ibn Əbdüləziz isə yenə ailədən olan qardaşı oğlunun sui-qəsdi nəticəsində öldürülüb.  Hər iki çevriliş ailə içində olub. Bu mənada indi Səudiyyə krallığında hakimiyyət üçün ən böyük təhlükə ailənin içərisindəki güclər hesab olunur. Ancaq hələlik vəliəhd-şahzadənin mövqeləri xeyli dərəcədə möhkəm görünür.

Kənan Rövşənoğlu,
Musavat.com

Dünya

Nəşr edilib: 2017/11/30 21:59

Baxış: 221


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06