Səudiyyə Ərəbistanında ilk kinoteatr açıldı
Səudiyyə Ərəbistanında son 35 il ərzində ölkədə ilk dəfə kinoteatr açılıb.
Minval.info “TASS”-a istinadən xəbər verir ki, açılış mərasimi “Əl-Ərəbiyə” telekanalı ilə canlı yayımlanıb.
Krallıq üçün tarixi premyeraya 600-dən çox insan, o cümlədən kral ailəsinin üzvləri, biznesmenlər, tanınmış jurnalistlər, yazıçılar və incəsənət xadimləri dəvət alıb.
Mərasimdə cinsi ayrı-seçkiliyə yol verilməyib, zala kişilərlə yanaşı qadınlar da buraxılıb.
Ər-Riyadın kral Abdullah adına salınmış yeni maliyyə rayonunda yerləşən kino mərkəzində ilk olaraq Hollivud istehsalı olan “Qara Pantera” filmi nümayiş olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

