Səudiyyə Ərəbistanında konsertə hazırlaşan Castini hədələyirlər

Kanadalı müğənni Castin Biber Səudiyyə Ərəbistanında konsert verməyə hazırlaşır.
Minval.info xarici mediaya istinadən xəbər verir ki, ifaçıdan dekabrın 5-də Ciddədə keçiriləcək “Formula 1” Qran-prisində çıxışından imtina etməsi istənilib. Qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı açıq məktubla Castinə müraciət edib.
“The Washington Post” Xədicə Cengizin pop ulduza müraciətini dərc edib:
“Sevgilim Camalın qatilləri üçün oxuma. Onun qatilini qına. Səsiniz milyonlarla insan tərəfindən eşidiləcək”.
Qeyd edək ki, Səudiyyə rejiminin tanınmış tənqidçisi Qaşıqçı 2018-ci ilin oktyabrında 59 yaşında bu ölkənin İstanbuldakı konsulluğunda öldürülüb. O, toy üçün lazım olan sənədləri götürməyə gedib. Cengiz küçədə sevgilisini gözləyərkən jurnalistin bədəni binada parçalanıb.
Nərminə Aydınqızı





