Səudiyyə Ərəbistanında qadınlara hicabsız gəzməyə icazə veriləcək
Xarici turistlər ölkədə hicabsız və çarşafsız rahat gəzə bilərlər.
Səudiyyə Ərəbistanının Turizm və Beynəlxalq İrs Komissiyası naziri Əhmət Əl-Katib ölkəyə istirahətə və ya gəzməyə gələn xarici turistlər hicab məhdudiyyəti aradan qaldırılacaq.
Bloombergə danışan səudiyyəli nazir deyib ki, xaricdən gələn qadın turistlər hicab geymək məcburiyyəti ilə üz-üzə qalmayacaqlar: “Qadınlara hicabsız gəzmələrinə icazə verilsə də, ancaq onlara geyimlə bağlı müəyyən qaydalar tətbiq olunacaq. Yəni tam açıq-saçıq geyimlərə imkan verilməyəcək”.
Son illərdə Səudiyyədə qadınlarla bağlı bir sıra islahatlar həyata keçirilməkdədir. Artıq bu ölkədə qadınlara avtomobil idarə etmək, kinolara, konsertlərə qadınların kişilərlə bərabər getməsinə icazə verilib.(ölkə.az)
XƏBƏR LENTİ
2025/11/19 14:22


