Səyyad Əlizadənin son durumu açıqlandı

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin son durumu açıqlanıb.
Minval.info xəbər verir ki, bu barədə Report-a açıqlama verən qohumu müğənninin vəziyyətində heç bir irəliləyişin olmadığını deyib.
“Həkimlərlə danışmışıq. Dedilər ki, Səyyad Əlizadənin durumu sabit ağır olaraq qalır. Heç bir müsbət dəyişiklik yoxdur”, – sənətçinin qohumu vurğulayıb.
Qeyd edək ki, müğənni Səyyad Əlizadə 10 gün əvvəl koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən moidul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

