Saatının 114 min avro olduğunu açıqladı – Fotolar
Əməkdar artist Cavanşir Məmmədov aksessuarlarının qiymətini açıqlayıb.
Axşam.az xəbər verir ki, “Həmin Zaur” proqramında qonaq olan ifaçıdan aparıcı böyük qızıl üzüyü və saatını soruşub.
C.Məmmədov üzüyünün dəyərini gizli saxlasa da, saatının ona hədiyyə edildiyini söyləyib. İfaçı bildirib ki, həmin saatın Avropa ölkələrində qiyməti 114 min avrodur (232 min manat).
Daha sonra C.Məmmədov bu saatın satışdakı qiymətinin 20-30 min manat olduğunu bildirib.


XƏBƏR LENTİ
2025/11/19 14:22


