Saatlıda avtomobil su kanalına aşıb
Saatlı rayonunda yol qəzası baş verib.
Minval.info xəbər verir ki, bu haqda Report yazır.
Hadisə rayonun Nabatkənd kəndi ərazisində qeydə alınıb.
Həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Rövşən Elşad oğlu Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb.
Nəticədə sürücü hadisə yerində boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

