Saatlıda yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb
Saatlı rayonunun Qaralar kəndi ərazisində “Shaqman” markalı yük avtomobili “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində yük maşını kanala aşıb.
Minval.İnfo-nun APA-ya istinadən məlumatına görə, yol qəzasında 2 nəfər ölüb, daha 2-si yaralanıb.
Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

