Sabah Bakıda iki yolda hərəkət məhdudlaşdırılır

Sabah saat 22-dən fevralın 25-i səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən Minval.İnfo-ya daxil olan məlumata görə, səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir.
Qeyd edilir ki, Xocalı prospektində aparılan analoji işlər isə artıq yekunlaşıb.


XƏBƏR LENTİ
2025/11/19 14:22

