Sabah Bakının bu rayonlarında su olmayacaq
Bakının Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq.
Minval.İnfo xəbər verir ki, bu barədə Trend-ə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
A.Cəbrayıllının sözlərinə görə, fasilə Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədardır: “Bu məqsədlə fevralın 22-si saat 23:00-dan 23 fevral saat 12:00-a kimi Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

