“Sabah”dan 40-cı məğlubiyyət, “Qəbələ” rekordunu təkrarlayıb

“Sabah” Premyer Liqada 40-cı məğlubiyyətini alıb.

“MİNVAL.İNFO” xəbər verir ki, Bakı klubu III turun “Qəbələ” ilə ev oyununda uduzub – 0:2.

Paytaxt təmsilçisi 2018/19 mövsümündən çıxış etdiyi Premyer Liqadakı 79-cu matçında 40-cı dəfə uduzub. Bakılıların hesabında 19 qələbə və 20 heç-heçə də var. Məğlubiyyətlərdən 21-i ev, 19-u səfər görüşündə qeydə alınıb.

Cari mövsümün hər üç matçında uduzan “Sabah” ilk məğlubiyyətini 2018-ci il avqustun 19-da evdə “Sumqayıt”dan alıb – 1:4.

“Sabah”la oyun “Qəbələ” üçün isə yubileylə əlamətdar olub. “Qırmızı-qaralar” ölkə çempionatında 75-ci səfər qələbəsini qazanıb. Bu, 2006-cı ildən Premyer Liqada çıxış edən komandanın rəqib meydanlarındakı 222-ci matçında qeydə alınıb. Digər görüşlərdə 56 heç-heçəsi olan əyalət təmsilçisi 91 dəfə uduzub. “Qəbələ” ölkə çempionatlarının 29 illik tarixində səfərdə 75 və daha çox qələbə qazanan 7-ci komandadır.

Premyer Liqada əlamətdar səfər qələbələri

1-ci. 26.08.2006. “Şahdağ” (Qusar) – “Gilan” (Qəbələ) – 0:1

25-ci. 11.05.2012. “Neftçi” (Bakı) – “Qəbələ” – 0:1

50-ci. 17.10.2015. “Neftçi” (Bakı) – “Qəbələ” – 0:1

75-ci. 11.09.2021. “Sabah” (Bakı) – “Qəbələ” – 0:2

75-ci səfər qələbəsini qazanan “Qəbələ” xallarının sayını 7-yə çatdırıb. Bu, ilk üç oyun üçün klub tarixinin rekordunun təkrarıdır. “Qırmızı-qaralar” 2015/2016 və 2016/2017 mövsümlərində də ilk üç qarşılaşmada 7 xal toplayıb.

İdman

Nəşr edilib: 2021/09/13 12:16

Baxış: 23


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06