Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
Qəbul imtahanında müvafiq şərtləri ödəyən abituriyentlər üçün sabahdan etibarən ixtisas seçimi başlayır.
Minval.info-nun məlumatına görə, Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ixtisas seçimi 30 iyuldan etibarən aparılacaq. Abituriyentlərdən ixtisas seçimində xüsusi diqqətli olmaları tələb olunur.
Qeyd edək ki, ixtisas seçimi 13 avqustadək davam edəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

