Sabirabadda 2 yaşlı uşaq avtoqəzada ölüb
Sabirabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qaratoğay kəndində içərisində Əşrəf Məmmədov və 2 yaşlı nəvəsi Əşrəf Ramin oğlu Məmmədovun olduğu “Mercedes” marakalı avtomobil aşıb.
Qəza nəticəsində azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb.
Sürücü isə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

