Şahmar Mövsümov: “Heç kəsdə vaksinə görə hər hansı bir xəstəlik əmələ gəlməyib”
“Heç kəsdə vaksinə görə hər hansı bir xəstəlik əmələ gəlməyib”.
“Minval.info” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, peyvəndləmə prosesinə elmi əsaslara söykənərək başlanılıb:
“Ölənlərin 99 faizi vaksin olmayan insanlardır. Vaksinin effektiv olması heç kəsdə şübhə doğurmamalıdır”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

