Şahmar Mövsümov: “Peyvənd vurdura bilməyən şəxslər üçün xüsusi sertifikat hazırlanacaq”
“Koronavirus əleyhinə peyvənd vurdurulması üçün əks göstərişləri olan insanlar üçün xüsusi sertifikatın hazırlanması nəzərdə tutulur”.
“Minval.info” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq və həmin şəxslər yoxlanılacaq: “Əgər həqiqətən də həmin şəxslərə peyvənd vurulması tövsiyə edilməzsə, o zaman onlara əks göstəriş sertifikatı veriləcək. Həmin sertifikatda da COVID-19 pasportundakı kimi QR kod olacaq”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

