Şahmat üzrə dünya çempionatı: Azərbaycan ABŞ yığmasına qalib gəldi

Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında Azərbaycan yığması ilk qələbəsini qazanıb.
Virtualaz.org bildirir ki, beşinci turda Azərbaycan komandası ABŞ yığmasını 3:1 hesabı ilə məğlub edib. Qələbə xallarını yığmamızın aktivinə Arkadi Naydiç və Nicat Abbasov yazdırıblar.
Rauf Məmmədov və Qədir Hüseynov isə heç-heçə ilə kifayətləniblər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

