Şahzadənin ölüm sirri 1600 il sonra açıldı – Unikal tapıntı
Alimlər IV əsrdə yaşamış alman şahzadəsinin ölüm səbəbini müəyyən ediblər.
Kult.az xəbər verir ki, şahzadənin qəbri Slovakiyada 2005-ci ildə aşkar edilib. 5 metr dərinlikdə tapılan qəbrin görünüşü yeraltı evə bənzəyib. Həmin vaxtdan etibarən alimlər şahzadənin ölüm səbəbini aşkarlamağa çalışıblar.
Aparılan tədqiqatlardan sonra şahzadənin ölümünə Hepatit B virusunun səbəb olduğu müəyyən edilib. Sözügedən virusun bu qədər qədim zamana aid məzarda tapılması unikal tapıntı hesab olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

