Salyanda ev yandı – FOTO
Salyan rayonunun “Plasmass” adlanan yaşayış massivində yanğın hadisəsi baş verib.
Minval.İnfo xəbər verir ki, yanğın nəticəsində evlərdən biri tamamı ilə yararsız hala düşüb.
İlkin məlumatlara görə, yanğının baş verməsinə səbəb isə elektrik naqillərində qısa qapanma olub.
Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib. Ölən və ya yaralanan yoxdur.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


