Salyanda faciə –Gənc oğlan çayda boğuldu
Salyan rayon sakini çayda boğulub.
Minval.İnfo “report”a istimadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1997-ci il təvəllüdlü Məzahim Qabil oğlu Məmmədov ərazidən keçən Akkuşa çayında çimərkən suda boğulub. Hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib. Axtarışlardan sonra gəncin cəsədi tapılıb və adiyyatı üzrə ailəsinə təhvil verilib.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

