Salyanda iki azyaşlı uşaq anası özünü asdı
Bu gün səhər saatlarında Salyan rayonunda intihar hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Xalac kəndində yaşayan 1991-ci il təvəllüdlü, iki azyaşlı uşaq anası Ülviyyə Hafis qızı Əliyeva özünü yaşadıqları evin zirzəmisində iplə asaraq intihar edib.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

