Salyanda iki TIR toqquşub, İran vətəndaşı xəsarət alıb
Salyan rayonunda yol qəzası nəticəsində 1 nəfər İran vətəndaşı xəsarət alıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İki TIR yük maşınının toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İran vətəndaşı, 1992-ci il təvəllüdlü Yahiti Rəhmət Əbdülhəkim oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

