Salyanda “MilliÖN” terminalından oğurluğa cəhd edildi
Bu gün səhərə yaxın Salyan rayonunun Kərimbəyli kəndində mağazadan oğurluğa cəhd olub.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, kənddə yerləşən, 62 yaşlı İlqar Hüseyn oğlu Tağıyevə məxsus “Qarabağlı market” mağazasının nəfəsliyindən satış zalına daxil olan şəxs (və ya şəxslər) orada olan “MilliÖN” ödəmə terminalını qarət etməyə cəhd edib. Bu zaman səs-küyə gözətçi gəldiyi üçün oğurluq baş tutmayıb.
Xatırladaq ki, cari il fevral ayının 13-də də həmin mağazadakı “MilliÖN” ödəmə terminalından eyni üsulla naməlum şəxs (və ya şəxslər) tərəfindən 1864 azn və 100 ABŞ dolları aparılıb. Həmin vaxt oğrular tərəfindən müşahidə kamreralarının 2000 dəyərində olan əsas qurğusu da aparıldığından sonuncu oğurluğa cəhd zamanı müşahidə kameraları işlək vəziyyətdə olmayıb.
Hazırda Salyan RPŞ-nin əməkdaşları tərəfindən cinayəti törətmiş şəxsin (və ya şəxslərin) qısa vaxt ərzində müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində operativ əməliyyat tədbirləri həyata keçirilir.

